Dünya

Braziliyanın sabiq prezidentinin oğlu deputatlıqdan məhrum edildi

19 Dec 2025, 10:42 1 baxış
Braziliyanın sabiq prezidentinin oğlu deputatlıqdan məhrum edildi
Braziliya parlamenti keçmiş prezident Jair Bolsonarunun oğlu Eduardo Bolsonarunun deputat statusundan məhrum edilməsinə dair qərar verib. Oxu.Az AFP-yə istinadən bildirir ki, rəsmi səbəb onun parlamentin aşağı palatasının iclaslarında iştirak etməməsi olub. Agentlik araşdırıb ki, Eduardo Bolsonaru bu ilin fevralından ABŞ-də yaşayır. O, atasının azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi üçün Amerika rəsmilərindən kömək istəyir. Keçmiş prezident Jair Bolsonaru 2022-ci il seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişinə cəhd ittihamı ilə 27 il həbs cəzası alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər