Dünya
ABŞ ilk dəfə yeni kamikadze dronu buraxıb
ABŞ Silahlı Qüvvələri dəniz platformalı zərbə kamikadze pilotsuz uçuş aparatı (PUA) olan "Lukas"ı istifadəyə verib. Oxu.Az bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi saytına istinadən xəbər verir. "Lukas"ın hərbi gəmidən ilk uğurlu buraxılışı hərbçilərə əlçatan və effektiv pilotsuz vasitələrin operativ şəkildə təqdim olunmasında mühüm mərhələdir", - deyə vitse-admiral Kurt Renşou bildirib. Bildirilir ki, hərbçilər dronun buraxılışını "USS Santa Barbara" döyüş gəmisindən həyata keçiriblər.
Mənbə
oxu.az