Digər
Trampdan marixuana ilə bağlı gözlənilməz qərar...
ABŞ Prezidenti Donald Tramp ölkədə marixuana istifadəsinə federal məhdudiyyətləri yumşaltmaq barədə sərəncam imzaladı.
Axar.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Bu gün marixuananı birinci kateqoriyadan üçüncü kateqoriyaya keçirilməsi ilə bağlı qərar imzalayıram. Bu, tibbi cəhətdən əsaslandırılıb”- Tramp bildirib.
Dövlət başçısı qeyd edib ki, bu tədbirlər on illərdir ABŞ-da şiddətli ağrı və sağalmaz xəstəliklərdən əziyyət çəkən xəstələr tərəfindən tələb olunur:
"Bu, marixuananı heç bir şəkildə və formada leqallaşdırmır və onun narkotik vasitə kimi istifadəsinə icazə vermir".
Mənbə
axar.az