Dünya

TRIPP çərçivəsində Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib

18 Dec 2025, 21:06 1 baxış
TRIPP çərçivəsində Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib
2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunan razılaşmaların reallaşdırılması üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk iclası olub. Oxu.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin Media və İctimai Diplomatiya Departamenti yayıb. Dekabrın 17-də baş tutmuş iclasda Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter giriş nitqləri ilə çıxış ediblər. Onlar Ermənistan ilə ABŞ arasında sürətlə inkişaf edən strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər. Nazir müavini Kostanyan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi əvəzsiz dəstəyi vurğulayıb və Ermənistan tərəfinin 8 avqust tarixində imzalanmış Ermənistan-ABŞ Anlaşma Memorandumlarının icrası istiqamətində fəal işləməkdə maraqlı olduğunu təsdiqləyib. İkitərəfli qaydada Anlaşma Memorandumlarının icrası istiqamətində atılmış mühüm addımlar qeyd olunub, həmçinin bu istiqamətdə görülən işlərin gedişi barədə hesabatlar təqdim edilib. Ekspertlər səviyyəsində əldə edilmiş konkret razılaşmaların həyata keçirilməsi məqsədilə müzakirələrin ən qısa zamanda davam etdirilməsi barədə razılıq əldə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər