Dünya

ABŞ Konqresi uşaqların cinsiyyətinin dəyişdirilməsini cinayət sayan qanun layihəsini təsdiqlədi

18 Dec 2025, 14:34 1 baxış
ABŞ Konqresi uşaqların cinsiyyətinin dəyişdirilməsini cinayət sayan qanun layihəsini təsdiqlədi
ABŞ Konqresinin Nümayəndələr Palatası səsvermənin nəticələrinə görə yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi prosedurlarını cinayət hesab edən qanun layihəsini dəstəkləyib. Oxu.Az xəbər verir ki, bu barədə təşəbbüsün müəllifi, Corciya ştatından olan respublikaçı Marcori Teylor-Qrin özünün "X" sosial şəbəkə hesabında yazıb. Sənədi Konqresin, əksəriyyəti respublikaçılar olmaqla, 216 üzvü dəstəkləyib. Qanun layihəsi uşaq və yeniyetmələrin cinsiyyətinin dəyişdirilməsi prosedurlarının cinayət hesab edilməsini nəzərdə tutur.
Mənbə oxu.az

Oxşar Xəbərlər