Dünya

Zelenski prezident seçkisində elektron səsvermə ideyasını dəstəklədi

18 Dec 2025, 14:54 1 baxış
Zelenski prezident seçkisində elektron səsvermə ideyasını dəstəklədi
Ukraynada xaricdəki ukraynalıların seçkidə elektron səsvermə variantı araşdırılır. Oxu.Az "RBC Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib. Eyni zamanda, prezident qeyd edib ki, o, ukraynalıların "Diya" sistemi və ya digər elektron vasitələrlə səs verməsi ideyasını çoxdan dəstəkləyib. Bu, xüsusilə xaricdəki ukraynalılara aiddir. V.Zelenski əlavə edib ki, hazırda yalnız prezident seçkisinin keçirilməsi məsələsinə baxılır. ABŞ Ukraynadan yalnız prezident seçkisinin keçirilməsini tələb edib, parlament və ya bələdiyyə seçkisindən isə söhbət getməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər