Dünya
Avropa İttifaqında Rusiya aktivləri ilə bağlı epopeya davam edir: Belçika qeyri-mümkün şərtlər irəli sürdü
Belçika Rusiya aktivlərinin müsadirə olunması halında Avropa İttifaqı (Aİ) ölkələrindən limitsiz maliyyə zəmanətləri tələb edir. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" nəşri məlumat verib. Məlumata görə, ölkə Moskvanın ciddi cavab tədbirlərindən ehtiyat edir, çünki belə vəsaitlərin əksəriyyəti onun ərazisində dondurulub. Nəşr bildirib ki, Belçika tərəfi həcm və tarixlər baxımından hüdudsuz zəmanətlər tələb edir. Lakin digər Aİ ölkələri bu tələbi mümkünsüz hesab edirlər. Belçikanın Baş naziri Bart De Vever ölkəsinin həddindən artıq risklər daşıdığını bildirib. O, digər Aİ üzv dövlətlərindən potensial itkilərin bölüşdürülməsi üçün hüquqi və maliyyə zəmanətləri vermələrini tələb edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər