Mədəniyyət

Adnan Özerdən türk dünyasına çağırış: "Ortaq ədəbi dilin formalaşdırılması vacib məsələlərdən biridir"

16 Dec 2025, 21:24 1 baxış
Adnan Özerdən türk dünyasına çağırış: "Ortaq ədəbi dilin formalaşdırılması vacib məsələlərdən biridir"
"Birinci Türkoloji Qurultayın 100-cü ildönümü yaxınlaşarkən bu tarixi hadisənin anılması və onun irsinin yaşadılması istiqamətində görülən işlər olduqca dəyərlidir". Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihə çərçivəsində şair, Beynəlxalq İstanbul Ədəbiyyat Festivalının rəhbəri Adnan Özer deyib. Şair ədəbi çevrələrdə türkoloji araşdırmaların daha da intensivləşməsinin faydalı olacağını vurğulayıb. Adnan Özer, həmçinin qeyd edib ki, türk dünyası üçün ortaq ədəbi dilin formalaşdırılması vacib məsələlərdən biridir. Onun sözlərinə görə, bu istiqamətdə ilk ciddi addımlar məhz Birinci Türkoloji Qurultayda atılıb və latın əlifbasına keçid bu baxımdan tarixi əhəmiyyət daşıyır. Şair, həmçinin türk dilinin tarixi və şifahi irsinin sistemli şəkildə araşdırılmasına təxirə salınmadan başlanmasının zəruriliyini diqqətə çatdırıb. Daha ətraflı Baku TV-nin videomaterialında:
Mənbə oxu.az

Oxşar Xəbərlər