Cəmiyyət

166 nömrəli məktəb-liseydə istilik problemi: "Uşaqları qalın geyindirin"

16 Dec 2025, 15:30 15 baxış
166 nömrəli məktəb-liseydə istilik problemi: "Uşaqları qalın geyindirin"
Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydə istilik sistemi ilə bağlı problem yaranıb. Oxu.Az-a daxil olan məlumata görə, məktəbin bir hissəsində istilik olsa da, digər hissəsində yoxdur. Bildirilir ki, problemin əsas səbəbi istilik borularının köhnə və dəmir materialdan olmasıdır. Belə ki, onların daxildən paslanması suyun normal dövriyyəsinə mane olur və tutulmalar yaradır. Məktəbin direktoru valideynlərə ünvanladığı müraciətdə qeyd edib ki, avqust-sentyabr aylarından etibarən aidiyyəti qurumlara yazılı müraciətlər olunub və artıq məktəbin növbəsi çatıb. Onun sözlərinə görə, məktəbə yeni plastik borular, istilik batareyaları və digər zəruri avadanlıqlar gətirilib. Direktorun bildirdiyinə görə, dekabrın sonu - yanvarın əvvəllərində bütün istilik borularının dəyişdirilməsi planlaşdırılır. Hazırda istilik sisteminin tam dayandırılması mümkün olmadığından təmir işlərinə dərhal başlamaq mümkün deyil. Məktəb rəhbərliyi valideynlərdən yanvarın sonunadək uşaqları qalın geyindirməyi və dərsə davamiyyətin təmin olunmasını xahiş edib. Valideynlər isə bildirirlər ki, övladlarının soyuq sinif otaqlarında xəstələnmək riski var və bu səbəbdən distant təhsilin tətbiqi şagirdlərin sağlamlığı baxımından daha məqsədəuyğundur. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər