Cəmiyyət
Bakının çox sayda küçəsində qaz olmayacaq - Siyahı
Təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək bir sıra ərazilərdə qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Xətai rayonunun A.Səhhət küçəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsində Nizami, Ə.Ələkbərov, M.Ə.Sabir, M.Bəydəmirov, N.Nərimanov, Ç.Nəzərov, Mənbə, M.Abdullayev və S.Bəhlulzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq.
Mənbə
oxu.az