Cəmiyyət
AHİK-in yeni Nizamnaməsinin layihəsi hazırlanıb
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni Nizamnaməsinin layihəsi hazırlanaraq qurultay nümayəndələrinin müzakirəsinə təqdim edilib". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov təşkilatın VIII Qurultayında hesabat məruzəsi ilə çıxışı zamanı bildirib. O bildirib ki, "Həmkarlar ittifaqları haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb, ekspertlərin iştirakı ilə geniş müzakirə olunub və aidiyyəti üzrə təqdim edilib: "Bu təşəbbüslər həmkarlar ittifaqları təşkilatlarının müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin daha müasir, çevik və effektiv hüquqi əsaslar üzərində qurulmasına xidmət edir". Məlik Məlikov
Mənbə
oxu.az