Cəmiyyət

Biləcərində bünövrəsi çökmüş fərdi yaşayış evlərinin bir hissəsi uçdu

16 Dec 2025, 13:58 1 baxış
Biləcərində bünövrəsi çökmüş fərdi yaşayış evlərinin bir hissəsi uçdu
Ötən gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsində bünövrəsi çökmüş fərdi yaşayış evlərinin divarı uçub. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, həmin mənzillər magistral kanalizasiya kollektorunun üzərində inşa edilib. Son günlər davam edən yağıntılı hava şəraiti səbəbindən kollektorda suyun səviyyəsi yüksəlib və ərazidə çökmə baş verib. Sakinlər iddia edirlər ki, kollektorda deformasiya səbəbindən çirkab su torpaq qatına axıb, bu da ərazinin çökməsinə səbəb olub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər