Cəmiyyət
Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 konvensiyasını və bir protokolunu ratifikasiya edib
"Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 59 konvensiyasını və bir protokolunu ratifikasiya edib". Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib. O xatırladıb ki, əmək münasibətləri sahəsində yeni çağırışlara hazırlığı təmin etmək məqsədilə cari ilin noyabr ayında BƏT ilə 2025-2029-cu illəri əhatə edən Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb: "Azərbaycan əmək münasibətləri sahəsində beynəlxalq öhdəliklərə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir. Bu proqram əmək normalarının tətbiqinin genişləndirilməsi, əmək münasibətlərinin inkişafı, sosial tərəfdaşlığın möhkəmləndirilməsi və dayanıqlı əmək bazarının formalaşdırılması məqsədlərinə xidmət edəcək". Məlik Məlikov
Mənbə
oxu.az