Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

16 Dec 2025, 12:42 1 baxış
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Artan sərnişin tələbatını təmin etmək məqsədilə 20-21 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Qeyd edilib ki, sərnişinlər eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərlər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
Mənbə oxu.az

Oxşar Xəbərlər