Cəmiyyət

Yaxın gələcəkdə uşaq və ailələrə dəstək üçün üç yeni mərkəzin açılması planlaşdırılır

16 Dec 2025, 12:58 1 baxış
Yaxın gələcəkdə uşaq və ailələrə dəstək üçün üç yeni mərkəzin açılması planlaşdırılır
Yaxın gələcəkdə uşaq və ailələrə dəstək üçün üç yeni mərkəzin açılması planlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə təşkil edilən mediaturda məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycanda 64 rayon və 2 şəhər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müvafiq xidmətləri mövcuddur. Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Ağdam Hacıqabul, Saatlı, Sabirabad, Şüvəlan kimi ərazilərdə isə mövcud olan 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin hər biri yerləşdiyi inzibati ərazi vahidi üzrə bütün kənd və qəsəbələrə xidmət edir. Qeyd edilib ki, mərkəzlər ümumilikdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tabedir və iş prinsipləri komitə tərəfindən tənzimlənir. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər