Mədəniyyət
Həftə ərzində Bakıda keçiriləcək mədəni tədbirlər - AFİŞA
Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik. Oxu.Az xəbər verir ki, 16-21 dekabr tarixlərini əhatə edən siyahıda paytaxtda keçiriləcək tamaşalar, konsertlər yer alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə dörd tamaşa oynanılacaq. Dekabrın 18-də, saat 19:00-da Məmməd Səid Ordubadinin "Qətibə inanc" tamaşası təqdim ediləcək. Tarixi dram janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti: 8-15 manat.
Dekabrın 19-da, saat 19:00-da H. Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." tamaşası oynanılacaq. Fəlsəfi-dekonstruktiv metadram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti: 10-25 manat.
Dekabrın 20-də, saat 19:00-da Anarın "Dantenin yubileyi" tamaşası (quruluşçu rejissoru Ərşad Ələkbərov) oynanılacaq. Biletlərin qiyməti: 8-15 manatdır.
Dekabrın 21-də, saat 19:00-da isə Cavid Zeynallının "Şükriyyə" tamaşasına baxa bilərsiniz. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Biletlərin qiyməti 10-20 manatdır.
Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində isə bu həftə üç tamaşa oynanılacaq. Dekabrın 20-də, saat 12:00-da Şarl Perronun "Büllur başmaq" tamaşası olacaq. Nağıl-tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır. Biletlərin qiyməti: 8-12 manat.
Dekabrın 20-də, saat 19:00-da Karel Çapekin "Sabahı görməyənlər" tamaşası oynanılacaq. Psixoloji dram janrında olan tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyevdir. Biletlərin qiyməti: 10-15 manat.
Dekabrın 21-də, saat 19:00-da Mehriban Ələkbərzadənin "Kod adı: VXA" tarixi-sənədli dram əsəri təqdim ediləcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti: 10-15 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında üç tamaşa nümayiş ediləcək. Dekabrın 21-də, saat 19:00-da Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq. Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir. Biletlərin qiyməti: 8-15 manat.
Dekabrın 21-də, saat 17:00-da məşhur rus yazıçı-dramaturqu Zinovıy Saqalovun "Aysedoranın üç həyatı" pyesi əsasında hazırlanan "Aysedora" mono tamaşası kiçik səhnədə oynanılacaq. Tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. Biletlərin qiyməti: 15 manat.
Dekabrın 21-də, saat 19:00-da Elçinin"Baladadaşın toy hamamı" tamaşası oynanılacaq. Lirik komediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti: 8-15 manat.
Azərbaycan Dövlət Yuğ Teatrı Kukla Teatrının binasında bu həftə iki tamaşa nümayiş etdirəcək. Dekabrın 20-də, saat 19:00-da Toyğun Orbayın əsəri əsasında hazırlanan "21:15 qatarı" tamaşası oynanılacaq. Quruluşçu rejissor Mikayıl Mikayılovdur. Biletlərin qiyməti: 5-15 manat.
Dekabrın 21-də, saat 19:00-da Mirzə Fətəli Axundzadənin "Mürafiə vəkillərinin hekayəti" pyesi əsasında "Şəbədə" tamaşası oynanılacaq. Quruluşçu rejissor Mikayıl Mikayılovdur. Biletlərin qiyməti: 5-15 manat.
Heydər Əliyev Sarayı isə bu həftə iki konsertə ev sahibliyi edəcək. Dekabrın 16-da, saat 20:00-da Könül Xasıyevanın "Dilbərim" adlı konserti keçiriləcək. Biletlərin qiyməti: 20-120 manat.
Dekabrın 19, 20, 21-də, saat 20:00-da "Komedixana-Bayram Bazarlığı" Sarayın səhnəsində olacaq. Biletlərin qiyməti: 20-200 manat.
Azərbaycan Dövlət Akademik Filarmoniyası: Dekabrın 19-da, saat 19:00-da "Vyana meşəsinin sehrli nağılları" adlı konsert olacaq. Biletlərin qiyməti: 4-20 manat.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı: Dekabrın 19-da "Yunan Nəfəsi"- eyni anda həm Aralıq dənizinin isti nəfəsini, həm də əsl yunan əhval-ruhiyyəsini hiss etdirəcək unikal musiqi axşamı təşkil ediləcək. Biletlərin qiyməti: 30 manat.
Əzizə İsmayılova

Mənbə
oxu.az
Oxşar Xəbərlər