Cəmiyyət

Bu rayonlara qar yağdı: 12 dərəcə şaxta var

16 Dec 2025, 09:57 1 baxış
Bu rayonlara qar yağdı: 12 dərəcə şaxta var

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin dekabrın 16-sı saat 9:00-a olan məlumatında qeyd olunub.


Bildirilib ki, dağlıq ərazilərə qar yağıb. Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda (Lerik) 1 sm-dir.


Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir. Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.


Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər