Cəmiyyət

Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı

15 Dec 2025, 22:03 1 baxış
Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.


Axar.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.


Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.


Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

Mənbə axar.az

Oxşar Xəbərlər