Cəmiyyət

Bakı-Şamaxı yolunda ard-arda qoyulan eyni yol nişanları DİQQƏT ÇƏKDİ

15 Dec 2025, 20:48 1 baxış
Bakı-Şamaxı yolunda ard-arda qoyulan eyni yol nişanları DİQQƏT ÇƏKDİ
Sosial şəbəkələrdə Bakı-Şamaxı yolu üzərində yol nişanlarının ard-arda təkrar şəkildə qoyulması ilə bağlı görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, təkrarlanan eynitipli yol nişanları bir-birinə yaxın məsafədə quraşdırılıb. Sürücülər bunun səbəbini anlamadıqlarını bildiriblər. Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən nişanların təkrarlanmasına səbəb köhnələrin yenisi ilə əvəz edilməsidir. Qeyd olunub ki, köhnə nişanlar yaxın zamanlarda söküləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər