Cəmiyyət

Yeni başçı 23 illik müavini işdən çıxardı

15 Dec 2025, 17:23 1 baxış
Yeni başçı 23 illik müavini işdən çıxardı

Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.


Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq Əmr imzalayıb.


Əmrə əsasən, başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.


Qeyd edək ki, 59 yaşlı M. Nuriyeva 2002-ci ildən bu vəzifədə idi.


Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-ü Prezident İlham Əliyevin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər