Mədəniyyət
Azərbaycan Universitetində yıxılaraq xəsarət alan tələbənin vəziyyəti AÇIQLANDI
Bu gün saat 11:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Azərbaycan Universitetindən 18 yaşlı şəxsin yıxılması səbəbilə çağırış qeydə alınıb. Bu barədə Oxu.Az-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərə (kişi) yerində ilkin tibbi xidmət göstərilib və döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulor müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub. Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılıb və lazımi yoxlanışlardan keçirilib. Qeyd olunub ki, hazırda tələbənin vəziyyəti yaxşıdır. Həmçinin vurğulanıb ki, mənfi birinci mərtəbə təsərrüfat obyekti kimi nəzərdə tutulub: "Əraziyə daxil olmamaq üçün xəbərdarlıq nişanları qoyulub". Məlik Məlikov
Mənbə
oxu.az
Oxşar Xəbərlər