Mədəniyyət

Kamoliddin Orinbayev: "Azərbaycan tamaşaçısı qarşısında çıxış etmək böyük məsuliyyət tələb edir"

14 Dec 2025, 22:08 1 baxış
Kamoliddin Orinbayev: "Azərbaycan tamaşaçısı qarşısında çıxış etmək böyük məsuliyyət tələb edir"
"Azərbaycan və Özbəkistan xalqları qəlbi, ürəyi, dili, dini və hətta musiqisi bir olan qardaş xalqlardır". Bunu Oxu.Az-a açıqlamasında Özbəkistan Gənclər Simfonik Orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru Kamoliddin Orinbayev deyib. "Bu gün ifaçılarımız, musiqiçilərimiz öz konseptlərini, ürəklərini, qəlblərini Azərbaycan xalqına, onun sevgisinə həsr ediblər. Xalq artistləri və peşəkar ifaçılar öz sənətlərini nümayiş etdirmək üçün Bakıya təşrif buyurublar". K.Orinbayev əlavə edib ki, Özbəkistan mədəniyyətinin təqdimat mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsi onlar üçün böyük şərəfdir: "Azərbaycan xalqı sənəti çox sevir, musiqi sənətini yüksək səviyyədə anlayır və qəbul edir. Azərbaycan tamaşaçısı qarşısında çıxış etmək, öz nəğmələrini və melodiyalarını ifa etmək böyük məsuliyyət tələb edir". O, iki xalq arasındakı yaxın münasibətlərə də toxunaraq bildirib ki, azərbaycanlılar Özbəkistanda hər zaman ən yaxın insanlar kimi qarşılanırlar: "Biz Bakıya, Füzuliyə və Azərbaycanın digər bölgələrinə gələndə özümüzü evimizdəki kimi hiss edirik. Çünki Azərbaycan xalqının qəlbi açıq, ürəyi genişdir və özbəklərə çox bənzəyir". Sonda Kamoliddin Orinbayev Azərbaycan və Özbəkistan xalqlarına təşəkkürünü ifadə edib, iki ölkə arasındakı dostluğun əbədi olmasını arzulayıb: "Arzu edirəm ki, daim birlikdə olaq, gözəl bayramlarda, möhtəşəm səhnələrdə bir araya gəlib sənətimizi nümayiş etdirmək bizə nəsib olsun".

Töhfə Səməd
Kamoliddin Orinbayev: "Azərbaycan tamaşaçısı qarşısında çıxış etmək böyük məsuliyyət tələb edir"
Mənbə oxu.az

Oxşar Xəbərlər