Mədəniyyət

Özbəkistanın Azərbaycandakı səfiri: "Xalqlarımız zəngin mədəniyyətə və ortaq dəyərlərə sahibdirlər"

14 Dec 2025, 22:36 1 baxış
Özbəkistanın Azərbaycandakı səfiri: "Xalqlarımız zəngin mədəniyyətə və ortaq dəyərlərə sahibdirlər"
"Bu gün Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Mərkəzində keçirilib". Bunu Oxu.Az-a açıqlamasında Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib. Onun sözlərinə görə, bu tədbir təkcə mədəniyyət günlərinin açılışı deyil, eyni zamanda Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın, dostluğun və qardaşlığın daha da möhkəmləndirilməsinə xidmət edən mühüm bir addımdır: "Bu tədbir iki ölkə arasındakı dostluq zəncirinin daha bir parlaq halqasıdır". B.Aşrafxanov vurğulayıb ki, özbək və Azərbaycan xalqları zəngin mədəniyyətə, böyük tarixə, ortaq dəyərlərə malikdir və bir-birinə çox yaxındır: "Xalqlarımızın mədəniyyəti bir-biri ilə sıx bağlıdır. Bugünkü proqram çərçivəsində həm orkestrin, həm də rəqs kollektivlərinin çıxışları təqdim olundu". Səfir əlavə edib ki, konsert proqramında özbək və Azərbaycan mahnıları, eləcə də Azərbaycan rəqsləri birgə ifa edilib və bu, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bildirilib ki, tədbirlər proqramı bununla yekunlaşmır. Belə ki, sabah Heydər Əliyev Sarayında "Navruz" Rəqs Ansamblının konserti keçiriləcək. Növbəti gün isə Filarmoniyada müvafiq orkestrin çıxışı nəzərdə tutulub. Səfir diqqətə çatdırıb ki, tədbirlər çərçivəsində dördüncü gün Füzuli şəhərində, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə şəhər sakinləri üçün geniş konsert proqramı təşkil olunacaq. Proqramda rəqslər, xor çıxışları və digər musiqi nömrələri yer alacaq. Sonda Bahrom Aşrafxanov qeyd edib ki, Özbəkistan prezidenti, hökuməti və xalqı Azərbaycanla mədəni əlaqələrin inkişafına xüsusi önəm verir və bu münasibətlərin yeni mərhələyə yüksəldilməsində maraqlıdır. Töhfə Səməd
Mənbə oxu.az

Oxşar Xəbərlər