Mədəniyyət
Bahodir Əhmədov: "Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, dil, din və mədəniyyət birləşdirir"
Bakıda Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş geniş konsert proqramı öz işinə başlayıb. Oxu.Az xəbər verir ki, rəsmi açılış mərasimində Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Bahodir Əhmədov çıxış edərək Azərbaycanla Özbəkistan arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən bəhs edib: "İki ölkə arasında təkcə siyasi və iqtisadi deyil, mədəniyyət sahəsində də dərin və sarsılmaz əlaqələr mövcuddur. Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, dil, din və mədəniyyət birləşdirir. Bu cür mədəni tədbirlər isə qardaşlığımızın nə qədər möhkəm olduğunu bir daha sübut edir". Qeyd edək ki, 14-20 dekabr tarixlərində Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçirilir.
{{gallery}} Mərahim Nəsib
{{gallery}} Mərahim Nəsib
Mənbə
oxu.az
Oxşar Xəbərlər