Dünya

Merkel məşhur jestindən istifadə etməyi dayandırıb

13 Dec 2025, 03:31 1 baxış
Merkel məşhur jestindən istifadə etməyi dayandırıb
Almaniyanın sabiq kansleri Angela Merkel (2005-2021-ci illər) "Merkel rombu" adlanan jestindən istifadə etməyi dayandırıb. Oxu.Az xəbər verir ki, bunu siyasətçi Berlin şəhərində Stern.de jurnalının təşkil etdiyi tədbirdə açıqlayıb. "Merkel rombu" sabiq kanslerin hər iki əlindəki baş və şəhadət barmaqlarını birləşdirərək romb forması yaratdığı jest idi. "Bu jest artıq uyğun gəlmir", - deyə o vurğulayıb. Merkel 2013-cü ildə "Merkel rombu"nun onun simvoluna necə çevrildiyi barədə suala cavablandırarkən sadəcə əlləri ilə nə edəcəyini bilmədiyini söyləmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər