İdman
Millətlər Liqasında mübarizə gərginləşir: Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək. Oxu.Az xəbər verir ki, bu oyun günündə 10 matç baş tutacaq. A Liqasının I qrupunda Belçika Türkiyəni qəbul edəcək, Fransa isə İtaliya ilə qarşılaşacaq. B Liqasının II qrupunda Macarıstan Gürcüstanı, Ukrayna isə Şimali İrlandiyanı qəbul edəcək. B Liqasının IV qrupunda Bosniya və Herseqovina - İsveç, Polşa - Rumıniya qarşılaşmaları baş tutacaq. C Liqasının II qrupunda Kipr Ermənistanla, Latviya isə Monteneqro ilə qarşılaşacaq. C Liqasının III qrupunda Qazaxıstan Moldova ilə, Farer adaları isə Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək. UEFA Millətlər Liqası 2 oktyabr A Liqası, I qrup 22:45. Belçika - Türkiyə; 22:45. Fransa - İtaliya. B Liqası, II qrup 22:45. Macarıstan - Gürcüstan; 22:45. Ukrayna - Şimali İrlandiya. B Liqası, IV qrup 22:45. Bosniya və Herseqovina - İsveç; 22:45. Polşa - Rumıniya. C Liqası, II qrup 20:00. Kipr - Ermənistan; 20:00. Latviya - Monteneqro. C Liqası, III qrup 18:00. Qazaxıstan - Moldova; 22:45. Farer adaları - Slovakiya.
Mənbə
oxu.az