Kriminal

Ocaqdakı çaydanı atasının üzərinə atıbmış - Lənkərandakı hadisənin TƏFƏRRÜATI

02 Oct 2026, 07:32 2 baxış
Ocaqdakı çaydanı atasının üzərinə atıbmış - Lənkərandakı hadisənin TƏFƏRRÜATI
Lənkəranda kişi doğma atasına xəsarət yetirib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mamusta kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Elşən Məmmədov (soyad şərtidir - red.) mənzilində olarkən həyat yoldaşı ilə dalaşıb. O, övladlarını bəhanə edərək həyat yoldaşını küçə söyüşləri ilə təhqir edib. Söyüşü eşidən atası Nurəddin Məmmədov onların otağına daxil olaraq Elşənə irad bildirib. Sərxoş vəziyyətdə olan Elşən daha da əsəbiləşib və sobanın üzərindəki qaynar çaydanı götürərək atasına atıb. Çaydandan tökülən qaynar su Nurəddini yandırıb. Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar aparılıb. Hadisədən sonra E.Məmmədov istintaqdan gizləndiyi üçün istintaq orqanı onun barəsində axtarış elan edib, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Cinayət işinin istintaqı başa çatıb və məhkəməyə göndərilib. Məhkəmədə ata-oğul arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib, E.Məmmədov məhkəmə zalında azadlığa buraxılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər