Dünya

Ekrem İmamoğlunun hakim qarşısına çıxacağı vaxt açıqlandı

12 Dec 2025, 21:18 1 baxış
Ekrem İmamoğlunun hakim qarşısına çıxacağı vaxt açıqlandı
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya təhqiqatı çərçivəsində şəhər meri vəzifəsindən uzaqlaşdırılmış Ekrem İmamoğlu 2026-cı il martın 9-da hakim qarşısına çıxacaq. Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir. Bildirilir ki, sözügedən korrupsiya işi üzrə İmamoğlu ilə yanaşı, 407 nəfər şübhəli qismində hakim qarşısına çıxacaq. Onlardan 107-si barədə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya təhqiqatı çərçivəsində ittiham aktı noyabrın 25-də məhkəmə tərəfindən qəbul edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər