Dünya
Odessa limanında Türkiyəyə məxsus yük gəmisi vuruldu
Rusiya Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa şəhərində Türkiyənin yük gəmisinə zərbə endirib. Oxu.Az bu barədə Haberler.com-a istinadən xəbər verir. Bildirilir ki, hücumdan sonra gəmidə böyükmiqyaslı yanğın başlayıb. Ukrayna KİV-in məlumatına görə, hücum zamanı dörd partlayış qeydə alınıb. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı vurğulanır.
Mənbə
oxu.az