Dünya
Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib
Fransada aksiya iştirakçılarına qarşı güc tətbiq olunub. Oxu.Az BFMTV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda hüquq-mühafizə orqanları mal-qaranın kəsilməsinə etiraz edən fermerləri dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə ediblər. Etiraz Aryej departamentinin dəri xəstəliyi diaqnozu qoyulmuş 200-dən çox inəyi kəsmək qərarından sonra baş verib. Təxminən yüz nəfər aksiya iştirakçısı heyvanların saxlanıldığı fermaya gedən yolda barrikadalar qurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni yararaq, içəri girə biliblər. Oxşar etirazlar Ajen şəhərində də baş tutub. Orada fermerlər yerli administrasiyanın binasına təkərlər və saman bağlamaları gətiriblər.
Mənbə
oxu.az