Dünya
Rusiya səfirini Almaniya XİN-ə çağırdılar
Rusiya səfiri Sergey Neçayev Almaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Berlində keçirilən brifinq zamanı Almaniyanın xarici siyasət idarəsinin təmsilçisi belə deyib. Səfirin XİN-ə dəvət olunması kiberhücumlar və dezinformasiya kampaniyası ilə izah olunur. Almaniya XİN-in qənaətinə görə, sözügedən kampaniyaya görə Rusiya Federasiyası məsuliyyət daşıyır. "Bu səhər Rusiya Federasiyasının ölkəmizdəki səfirini Almaniya XİN-ə dəvət etdik və ona aydın şəkildə izah etdik ki, biz Rusiyanın addımlarını açıq şəkildə izləyirik və bununla bağlı ölçü götürürük. Rusiyanın bizim üçün qəbulolunmaz addımlarının fəsadları olacaq", - deyə qurum təmsilçisi qeyd edib.
Mənbə
oxu.az