Dünya

Dubayda sürücüsüz taksilər sınaqdan keçirilib

12 Dec 2025, 10:34 1 baxış
Dubayda sürücüsüz taksilər sınaqdan keçirilib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin Cümeyra və Umm-Suqeym rayonlarında "WeRide" şirkətinin sürücüsüz taksiləri sınaq rejimində kommersiya fəaliyyətinə başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb. "Dubay Yol və Nəqliyyat İdarəsi "Uber" tətbiqi çərçivəsində ictimai robot taksi üzrə pilot layihəsinin başlandığını elan edir ", - deyə açıqlamada bildirilib. Taksi xidmətinin test rejimindən tam fəaliyyətə 2026-cı ilin əvvəlində keçəcəyi planlaşdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər