Dünya
Cozef Kent: "ABŞ-də 18 000 terrorçu və terrorda şübhəli şəxs var"
ABŞ Terrorçuluğa Qarşı Milli Mübarizə Mərkəzinin hesablamalarına görə, ölkədə terror təşkilatlarının təsdiqlənmiş üzvü və oxşar cinayətlərdə şübhəli bilinən ən azı 18 000 nəfər var. Oxu.Az TASS-a istinadən xəbər verir ki, mərkəzin rəhbəri Cozef Kent bunu Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin dinləmələrində açıqlayıb. "Hazırda ölkədə Co Baydenin dövründə müəyyən edilmiş 18 000 terrorçu və şübhəli şəxs var. Bunlar yalnız bildiyimiz şəxslərdir", - deyə o bildirib. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp dəfələrlə bildirib ki, o vəzifəyə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon insan qanunsuz yolla daxil olub. Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, ABŞ 2025-ci ilin əvvəlindən bəri 2.5 milyon xarici vətəndaşı deportasiya edib.
Mənbə
oxu.az