Dünya

Zelenski: "ABŞ Donbasda sözdə "azad iqtisadi zona"nın yaradılmasını təklif edir"

12 Dec 2025, 00:18 1 baxış
Zelenski: "ABŞ Donbasda sözdə "azad iqtisadi zona"nın yaradılmasını təklif edir"
"Mümkün ərazi qərarlarını yalnız Ukrayna xalqı ya seçki, ya da referendum vasitəsilə müəyyən edə bilər". Oxu.Az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, ABŞ Donbasın bir hissəsində sözdə "azad iqtisadi zona"nın, yaxud rusiyalıların dediyi kimi, "silahsızlaşdırılmış zona"nın yaradılmasını təklif edir: "Bu plana əsasən, Ukrayna qoşunları ərazinin bir hissəsindən çıxmalı, Rusiya qoşunları isə oraya daxil olmamalıdır. Bu model Ukraynanın maraqlarına uyğun deyil, çünki təmas xəttində dayanmaq ədalətlidir, lakin dialoq davam edir".
Mənbə oxu.az

Oxşar Xəbərlər