Dünya

Overçuk: "Rusiya biznesi Ermənistanla əməkdaşlığa ehtyatla yanaşmağa başlayıb"

12 Dec 2025, 00:36 1 baxış
Overçuk: "Rusiya biznesi Ermənistanla əməkdaşlığa ehtyatla yanaşmağa başlayıb"
"Ermənistan nə vaxtsa Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olacaq, çünki bu iki ittifaqda eyni vaxtda qalmaq mümkün deyil". Oxu.Az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. Onun sözlərinə görə, ümumilikdə Ermənistan və Rusiya arasında yaxşı təmaslar qalmaqdadır, lakin iki ölkə arasında əmtəə dövriyyəsi 2025-ci ildə nəzərəçarpacaq dərəcədə azalıb: "Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 12.4 milyard dollar təşkil edib. Cari il isə bu rəqəmin 6 milyard dollar olacağı gözlənilir". Overçuk qeyd edib ki, Rusiya biznesi Ermənistanla əməkdaşlığa ehtiyatla yanaşmağa başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər