Dünya

Rusiyanın nəzarətə aldığı deyilən Pokrovskun mərkəzində Ukrayna bayrağı qaldırıldı

11 Dec 2025, 23:24 1 baxış
Rusiyanın nəzarətə aldığı deyilən Pokrovskun mərkəzində Ukrayna bayrağı qaldırıldı
Dekabrın 11-də ukraynalı hərbçilər Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzində Ukrayna bayrağını qaldırıblar. Oxu.Az bu barədə Dialog.ua-ya istinadən xəbər verir. Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin 425-ci Əlahiddə Hücum Alayının hərbi qulluqçuları Pokrovskun mərkəzində Ukrayna bayrağını nümayişkaranə şəkildə ucaldıblar. Qeyd edək ki, dekabrın 2-də Rusiya Silahlı Qüvvələri şəhəri nəzarətə götürdüyünü bəyan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər