Dünya
Cennifer Lourens və Coş Hatçerson "Aclıq oyunları"na qayıdırlar
Amerikalı aktyorlar Cennifer Lourens və Coş Hatçerson "Aclıq oyunları" franşizasındakı rollarına qayıdırlar. Oxu.Az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb. Məlumata görə, onlar 2026-cı ilin noyabr ayında təqdim olunacaq "Aclıq oyunları" silsiləsindən yeni filmdə rol alacaqlar. Lourens və Hatçerson franşizanın ilk dörd filmində canlandırdıqları Kitniss Everdin və Pia Mellark obrazlarını yenidən ifa edəcəklər. Yeni filmdə hadisələr əvvəlki bölümlərdə göstərilənlərdən 24 il əvvəl baş verir. Xatırladaq ki, ilk "Aclıq oyunları" filmi 2008-ci ildə nümayiş olunub. Franşizadakı filmlərin ümumi kassa gəliri 3.3 milyard dolları ötüb ki, bu da layihəni XXI əsrin ən uğurlu kino seriyalarından birinə çevirib.
Mənbə
oxu.az