Dünya

Tailanddan Kambocaya hava hücumu: Ölən və yaralananların sayı artıb

11 Dec 2025, 20:18 1 baxış
Tailanddan Kambocaya hava hücumu: Ölən və yaralananların sayı artıb
Tailand Silahlı Qüvvələri ölkənin Trat əyaləti ilə sərhəddəki bir kazinoya "F-16" qırıcı təyyarələri ilə iki bomba atıb. Oxu.Az xəbər verir ki, bu barədə "Khaosod English" məlumat yayıb. Son məlumatlara görə, Tailand sərhəd toqquşmalarında üç mülki şəxs və doqquz hərbçisini itirib, 120-dən çox insan yaralanıb. Kamboca hakimiyyəti isə 11 mülki şəxsin öldüyünü və 74 nəfərin yaralandığını bildirib. Döyüşlər səbəbindən Tailandın sərhəd əyalətlərinin təxminən 400 000 sakini təxliyə edilib, Kambocada isə 190 000-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Tailandla sərhəddə münaqişənin kəskinləşməsi nəticəsində ən azı 10 Kamboca sakini həlak olub, 60 nəfər yaralanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Kamboca Milli Müdafiə Nazirliyi öz "Telegram" kanalında məlumat verib. "10 dekabr 2025-ci il tarixinə olan məlumata görə, Kambocanın 10 dinc sakini (o cümlədən bir uşaq) ölüb, 60 mülki şəxs yaralanıb", - deyə məlumatda bildirilib. Eyni zamanda, Tailand Silahlı Qüvvələri komandanlığının məlumatına görə, Kamboca ilə sərhəddə döyüşlər zamanı Tailand hərbçiləri arasında ölənlərin sayı səkkizə çatıb. Qeyd edilir ki, Kamboca mərmisinin düşməsi nəticəsində ən son 22 yaşlı əsgər həlak olub. Xatırladaq ki, Tailand-Kamboca sərhədində dekabrın 7-də kiçik silahlardan istifadə etməklə toqquşmalar başlayıb. Tailand Kral Ordusu Kamboca hərbçilərinin sərhəd zonasındakı Tailand mövqelərini artilleriya atəşinə tutduğunu bildirib. Tailand Hərbi Hava Qüvvələri buna cavab olaraq Kamboca hərbi infrastrukturuna hücum edib. Tailand Quru Qoşunlarından bildirilib ki, Kamboca Tailand ərazisini "BM-21" raketləri ilə atəşə tutub və həmçinin dron-kamikadzelərdən də istifadə edib. Tailand hərbçiləri əsas ərazilərə nəzarəti ələ keçirmək və düşmənə ziyan vurmaq üçün cavab atəşi açıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər