Dünya
ABŞ Rusiyanın qlobal iqtisadiyyata qayıtmasına dair təkliflər verib
Ukrayna münaqişəsinin həlli çərçivəsində Vaşinqton Avropa ölkələrinə Rusiyanın qlobal iqtisadiyyata qayıtması ilə bağlı təkliflər təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Nəşr özəl mənbələrinə istinadən bildirib ki, ABŞ Administrasiyası Rusiyadan Avropa İttifaqı ölkələrinə neft və qaz nəqlinin bərpasını da təkliflər siyahısına əlavə edib. Konkret olaraq, təkliflərin birində ABŞ şirkətlərinin nadir torpaq metallarının hasilatından tutmuş Arktika neftinin çıxarılmasına qədər Rusiyanın strateji sektorlarına sərmayə qoyacağı əksini tapıb.
Mənbə
oxu.az