Dünya

Separatçıların İrəvandakı nümayəndəliyində axtarışlar başladı

11 Dec 2025, 14:02 1 baxış
Separatçıların İrəvandakı nümayəndəliyində axtarışlar başladı
Artıq bir saatdan artıqdır ki, Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyində axtarışlar davam edir. Oxu.Az xəbər verir ki, bu barədə separatçıların keçmiş dövlət naziri Njde İskandaryan "Sputnik Ermənistan"a açıqlama verib. O bildirib ki, İstintaq Komitəsinin 10-dan çox əməkdaşı hansısa sənədi axtarır. Onlar məhkəmənin axtarış barədə qərarını təqdim ediblər, hazırda kompüterlər yoxlanılır. Ermənistanın İstintaq Komitəsindən bildiriblər ki, "cinayət işi çərçivəsində zəruri istintaq hərəkətləri aparılır".
Mənbə oxu.az

Oxşar Xəbərlər