Dünya
Türkiyədə zəlzələ oldu
Türkiyənin Balıkesir bölgəsində zəlzələ olub. Oxu.Az AFAD-a istinadən xəbər verir ki, Sındırgı rayonunda baş verən yeraltı təkanlar 4.9 bal gücündə qeydə alınıb. Təbiət hadisəsi bu gün Bakı vaxtı ilə saat 11:06-da baş verib. Zəlzələnin dərinliyi 6.97 kilometrdə yerləşib. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə
oxu.az