Dünya
İstanbulda binada yanğın: Üç uşaq həyatını itirdi, biri ağır yaralandı
Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda ikimərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə naməlum səbəbdən yanğın baş verib. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, gecə saatlarında baş verən yanğın nəticəsində üç uşaq ölüb, biri ağır yaralanıb. Yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər və yaxınlıqdakı sakinlər tərəfindən evdə olan dörd uşaq çıxarılaraq xəstəxanaya aparılıb. Uşaqlardan Özden Sepetçi (2 yaş), Cennet Çelikkol (9 yaş) və Zülfikar Sepetçi (5 yaş) həyatını itirib, Muhammet Ali Çelikkol (11 yaş) isə ağır yaralanıb. Qeyd edilir ki, uşaqların anası Selvi Sepetçi yanğın zamanı evdə olmayıb, digər övladı Ela Nuru xəstəxanaya aparıbmış. Yanğınla bağlı araşdırma başlanılıb.
Mənbə
oxu.az