Dünya
ABŞ Konqresi rekord məbləğdə hərbi büdcə layihəsini təsdiqlədi - Ukraynaya nə qədər yardım ayrılacaq?
ABŞ Konqresinin Nümayəndələr Palatası gələn il üçün rekord məbləğdə - 901 milyard dollar hərbi büdcə layihəsini təsdiqləyib. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ 2026-cı ildə Ukraynaya hərbi dəstək üçün isə 400 milyon dollar ayıracaq. Qanun layihəsinin 312 konqresmen tərəfindən dəstəkləndiyi bildirilir. Sənəd baxılmaq üçün Senata göndəriləcək.
Mənbə
oxu.az