Dünya
ABŞ və Yaponiya bombardmançı təyyarələrin iştirakı ilə birgə təlimlər keçirdilər
Vaşinqton və Tokio iki ABŞ "B-52" bombardmançı təyyarəsinin iştirakı ilə birgə təlimlər keçiriblər. Oxu.Az-ın Aif.ru nəşrinə istinadən xəbərinə görə, bu barədə Yaponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsindən məlumat verilib. Məlumata görə, təlimlər Yapon dənizi üzərində keçirilib. Yaponiya tərəfdən təlimlərdə üç "F-35" və üç "F-15" olmaqla altı qırıcı təyyarə cəlb edilib. Təlimlərin məqsədinin "status-kvonun güc yolu ilə dəyişdirilməsinə yol verilməməsi üzrə qəti öhdəlik" və "Yaponiya-ABŞ alyansının çəkindirmə və reaksiyavermə potensialının daha da gücləndirilməsinə hazırlıq" olduğu elan edilib. Tokiodan qeyd edilib ki, təlimlər Yaponiya ətrafındakı ərazilərdə təhlükəsizliklə bağlı vəziyyətin kəskinləşməsi şərtlərində keçirilib.
Mənbə
oxu.az