Dünya
İtalyan mətbəxi UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsi kimi tanındı
İtalyan mətbəxi rəsmi olaraq UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsi siyahısına daxil edilib. Oxu.Az bildirir ki, bu barədə "La Stampa" nəşri İtaliyanın Baş naziri Corcia Meloniyə istinadən məlumat verib. "Biz (italyanlar - red.) dünyada bu adı alan ilk ölkə olduq ki, bu da bizim identikliyimizi və unikallığımızı vurğulayır", - deyə siyasətçi qeyd edib. Nəşr vurğulayır ki, UNESCO-nun bu qərarı unikaldır, çünki qeyri-maddi irs siyahısına ilk dəfə olaraq ayrıca yemək kateqoriyası deyil, bütünlükdə milli kulinariya ənənəsi daxil edilib. İtalyan mətbəxi özündə dayanıqlı inkişaf və biomədəni müxtəliflik prinsiplərini birləşdirir. Qeyd olunur ki, "Pizzayolo" italyan pizzası daha əvvəl artıq bu siyahıya daxil edilib. Nəşrin müşahidəçilərinin fikrincə, UNESCO-nun bu qərarı italyan məhsullarının təşviqi üçün yeni imkanlar açacaq, iş yerlərinin yaradılmasına şərait yaradacaq və regionların inkişaf etdirəcək.
Mənbə
oxu.az