Dünya

Hindistanda canavar körpəni yatan anasının yanından aparıb parçaladı

11 Dec 2025, 05:46 1 baxış
Hindistanda canavar körpəni yatan anasının yanından aparıb parçaladı
Hindistanda canavar körpəni parçalayıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Indian Express" nəşri məlumat yayıb. Məlumata əsasən, yırtıcı gecə saatlarında Uttar-Pradeş ştatının Mallaxanpurva kəndindəki evə daxil olaraq, anasının yanında yatan dörd aylıq körpəni aparıb. "Ana hərəkəti hiss edərək oyanıb, lakin yalnız heyvanın qaçdığını görə bilib", - deyə meşə idarəsinin əməkdaşı bildirib. Körpənin qalıqları daha sonra təxminən bir kilometr məsafədəki şəkərqamışı plantasiyasında tapılıb. Bu, Kayzerqandj dairəsində son on gün ərzində baş verən dördüncü hücumdur. Hakimiyyət orqanları termal görüntüləmə cihazları ilə təchiz olunmuş dronlar və fototələlərdən istifadə etməklə yırtıcıların axtarışını davam etdirirlər və sakinləri yüksək təhlükəsizlik tədbirləri görməyə çağırıblar. Qeyd edilib ki, payızda səkkiz nəfəri parçalayan dörd canavardan ibarət dəstə məhv edilib. Hazırda hücumların sıx qamışlıqlarda gizlənən tək canavarlar tərəfindən törədildiyi ehtimal olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər