Dünya

Mərakeşdə iki bina uçub: Çox sayda ölən var

10 Dec 2025, 14:44 1 baxış
Mərakeşdə iki bina uçub: Çox sayda ölən var
Mərakeşin Fəs şəhərində iki bina uçub. Nəticədə ən azı 19 nəfər ölüb, 16 nəfər yaralanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə dövlət xəbər agentliyi məlumat verib. Məlumata görə, səkkiz ailənin yaşadığı iki bitişik dördmərtəbəli bina çöküb. Yaralılar Fəs Universitet Xəstəxanası Mərkəzinə aparılıb. Xilasedicilər ərazidə axtarış işlərini davam etdirirlər, dağıntılar altında insanların qalmış olduğu ehtimal edilir. Çökmənin səbəbi hələlik məlum deyil.
Mərakeşdə iki bina uçub: Çox sayda ölən var
Mənbə oxu.az

Oxşar Xəbərlər