Mədəniyyət

Səadət Yusifova: "Mədəniyyətimizin qlobal baxışda qorunması istiqamətində qanun layihələri hazırlanır"

10 Dec 2025, 12:58 1 baxış
Səadət Yusifova: "Mədəniyyətimizin qlobal baxışda qorunması istiqamətində qanun layihələri hazırlanır"
"Azərbaycan mədəniyyətinin qlobal baxışda qorunması və təqdim olunması istiqamətində qanun layihələri hazırlanır". Oxu.Az xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı forum çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sözügedən istiqamətdə konseptual işlər başlanılıb: "Hazırda qanunvericilik layihələri hazırlanır. Həmçinin son iki ildə Mədəniyyət Nazirliyi müxtəlif qanun layihələri ilə çıxış edib. Bu, beynəlxalq səpkidə milli irsimizin qorunmasının bariz nümunəsidir. Təbii ki, köklü islahatlar üçün müasir çağırışlara cavab verəcək qanunvericilik bazası formalaşdırılmalıdır". Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər