Mədəniyyət
Nazir: "Azərbaycan mədəniyyətinin yeni yanaşmaları, konseptual istiqamətləri hazırlanmaqdadır"
"Azərbaycan mədəniyyətinin yeni yanaşmaları, konseptual istiqamətləri hazırlanmaqdadır". Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı forumda çıxışı zamanı deyib. O bildirib ki, yaxın vaxtlarda sənəd modelinin layihəsi haqqında məlumat veriləcək: "Vətən müharibəsindəki qələbə və suverenliyimizi bərpa etdikdən sonra ölkədə yeni sosial-siyasi reallıqlar yaranıb. Bu da yeni mədəniyyət konsepsiyasının yaradılmasına əsas verdi. Bununla bağlı da yeni yanaşmalar, konseptual sənəd hazırlanıb. Sənəddə Azərbaycan mədəniyyətinin yeni strateji istiqaməti müəyyən olunub ki, bununla da bağlı proqramın hazırlanmasını başa çatdırmaq üzrəyik. Mədəniyyətimiz bizim milli mənəvi dəyərlərimiz əks etdirməli və müasir çağırışlara cavab verməkdir". Nazir bildirib ki, Azərbaycan dövləti üçün mədəniyyət mühüm anlayışa malikdir: "Ölkəmiz zəngin mədəniyyətə malikdir. Qüdrətli dövlət olmağımızda mədəniyyətimizin ciddi təsiri olub. Dövlətçiliyimizin formalaşmasında mədəniyyətimizin ciddi təsiri mövcuddur. Nazir, həmçinin vurğulayıb ki, mədəniyyətimizə hücum edən və zərbə vurmağa çalışan şəxs Azərbaycan dövlətini təmsil edə bilməz: "Bu məfhum doğmalaşdırılmalıdır. Mədəniyyət bütün cəmiyyət əhatə edir. Düşünürük ki, mədəniyyət yalnız incəsənətdən ibarət deyil. Mədəniyyətə zərbə vuranlar bizim suverenliyimizə zərbə vurur". Aqil Vəlili
Mənbə
oxu.az
Oxşar Xəbərlər