Dünya

Dünyanın ən bahalı "McLaren F1" avtomobili satıldı

10 Dec 2025, 03:36 1 baxış
Dünyanın ən bahalı "McLaren F1" avtomobili satıldı
"RM Sotheby's" hərrac evi qeyri-adi "McLaren F1" superkarının satışını başa çatdırıb. Oxu.Az "CarBuzz"a istinadən xəbər verir ki, zəngin tarixə malik, cəmi səkkiz ədəd istehsal olunmuş kupe 25 317 500 dollara satılıb. Bu, superkar üçün yeni rekord olub. Avtomobil 1994-cü ildə istehsal olunub. Onun ilk sahibi Bruney kral ailəsi olub. 1997-ci ildə "Formula-1" əfsanəsi Mixael Şumaxer avtomobilin qapısında öz imzasını qoyub. Eyni zamanda, avtomobil yeddiqat "Formula-1" çempionu Lyuis Hemilton tərəfindən də imzalanıb. Bu "McLaren F1" cəmi 22 000 kilometrdən bir qədər çox məsafə qət edib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər